DTX Qarabağda erməni təxribatı ilə bağlı məlumat yaydı - VİDEO

DTX Qarabağda erməni təxribatı ilə bağlı məlumat yaydı - VİDEO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ölkənin hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və xarici aviaşirkətlərə məxsus mülki hava gəmilərinin naviqasiya sistemlərinə qarşı radiomaneələr tətbiq edilib və bu barədə dəfələrlə beynəlxalq ictimaiyyətə məlumatlar verilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

 

“2021-2023-cü illər ərzində belə radiomaneələrin tətbiqinin intensivləşməsi həmin ərazilərin yaxınlığında yerləşən radar stansiyalarına qlobal naviqasiya peyk sistemlərindən siqnalların daxil olmasında fasilələrin yaranması, siqnalların qəbuluna maneələrin törədilməsi, habelə Qarabağ bölgəsi ətrafında uçan mülki hava gəmilərində naviqasiya siqnallarının itməsi ilə müşayiət olunub və bununla da mülki təyyarələrin idarə edilməsinin müvəqqəti itirilməsinə və aviasiya qəzalarına səbəb ola biləcək çoxsaylı cinayət faktları qeydə alınıb.

 
 

 

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işinin istintaqı zamanı, lokal xarakterli antiterror tədbirləri nəticəsində tərksilah edilmiş sözügedən silahlı birləşmələrin sərəncamında olmuş digər xüsusi texniki vasitələrlə yanaşı, xaricdə istehsal olunan “Роlе-21M”, həmçinin yük avtomobillərinin bazası üzərində qurulan “Repellent-1” tipli və kustar üsulla quraşdırılmış radioelektron mübarizə kompleksləri də aşkar edilmişdir. Taktiki-texniki göstəricilərinə əsasən, “Pole-21M” kompleksinin 150 km-dək məsafədə yerləşən obyektlərə “GPS”, “QLONASS”, “Galileo”, “BeiDou” və sair tipli peyk naviqasiyası sistemlərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması üçün istifadə edildiyi müəyyən olunub.

 

“Repellent-1” kompleksindən havada olan obyektlərin radiorabitə vasitələrinin idarəetmə və məlumat ötürmə kanallarının siqnallarının 35 km-dək məsafədə aşkarlanaraq fəzada yerinin, istiqamətinin, sürətinin təyin edilməklə izlənilməsi, idarəetmə və naviqasiya sistemlərinin işinə radiomaneə yaradılması, eləcə də kustar üsulla quraşdırılmış radioelektron mübarizə komplekslərindən obyektlərə “GPS” və “QLONASS” naviqasiya peyklərindən daxil olan siqnalların məhdudlaşdırılması və radiomaneələrin yaradılması istiqamətində istifadə olunduğu təsbit edilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam edir”, - rəsmi məlumatda vurğulanıb.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın qonşuluq siyasəti - Normallaşma prosesi məqsədinə çatır

Cənubi Qafqazın əsas aktorlarından biri olan Azərbaycan geosiyasi baxımdan strateji bölgədə yerləşir. Beş ölkə ilə quru sərhədi olan Azərbaycan üçün qonşuluq mü...

Bakıda tikiləcək 10 yeni metro stansiyası ilə bağlı DETALLAR - VİDEO

Bakıda 10 yeni metrostansiyanın tikiləcəyi ərazilərin müəyyənləşdiriməsi prosesi tamamlanmaq üzrədir.   Sfera.az  Xəzər TV-yə istinadən&nbs...

Beyninə virus düşən məktəbli vəfat etdi - FOTO

Astara rayon Toradi kənd sakini olan 16 yaşlı Gülnarə Şahid qızı Əlizadə Bakıdakı xəstəxanalardan birində vəfat edib.   Sfera.az “qafqazin...

Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

Mayın 5-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abş...

Azərbaycanın idxalı ixracı ötüb - "Qızıl alışı böyük rol oynayıb"

2025-ci ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarında saldo mənfi olub. Sözügedən müddətdə idxal ixracatı üstələyib. İdxalın ölkədən valyuta ap...

Prezident Aleksandr Turçini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib.   Sfera.az xəbər ...