Göyçay rayonunun Hacıağabəyli kəndində qaz xəttinin açılışı oldu - FOTO

Göyçay rayonunun Hacıağabəyli kəndində qaz xəttinin açılışı oldu - FOTO

Cari ildə rayon ərazisində əhalinin təbii qazla təminatının yaxşılaşdırılması, qaz xəttlərində sızmaların aradan qaldırılması şəhər və kənd yaşayış məntəqələrinin təbii qazla normal təzyiqlə təchizatı istiqamətində müəyyən tədbirlər görülüb.

 

Oktyabrın 18-də rayon icra hakimiyyəti başçısı Natiq Ağayevin iştirakı ilə Hacıağabəyli kəndində qaz xəttinin açılışı olmuşdur.

 

Rayonun idarə və müəssisə rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi açılış mərasimində çıxış edənlər ölkəmizdə, eləcədə rayonumuzda həyata keçirilmiş layihələrdən və əhalinin mavi yanacağa olan təlabatının ödənilməsi sahəsində görülmüş işlərdən söhbət açmışlar.

 

“Azəriqaz” İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi rəisi Qurban Mehdiyev çıxış edərək, kənd sakinlərini təbii qaz xətti çəkilişi münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib. Bildirib ki, hazırda rayon əhalisinin 99%-dən çoxu təbii qazdan istifadə edir.

 

Kənd sakinləri göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR

Instaqramda tanıdı, indi evlənir - Yeni evlilik trendi

İllər keçdikcə texnologiyanın inkişafı ilə yanaşı, düşüncə tərzi və mental dəyərlər də dəyişir. Bu dəyişikliklər insanların tanışlıq və evlilik standartlarına d...

Dünyanın ən güclü valyutaları - Əksəriyyəti kiçik ölkələrindir

Dünyada bir çox valyutalar dəyər itirərkən, dünyanın ən bahalı pul vahidi Yaxın Şərqin kiçik, lakin zəngin dövləti olan Kuveytə məxsus Kuveyt dinarı (KWD) olub....

Evlənmək üçün Azərbaycana gəlmək istədi, saxlanıldı

Türkiyədən Azərbaycana evlənmək məqsədilə gələn şəxs sərhəddə yaxalanıb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, 1996-cı ildə Türkiyənin Iğdır ...

İsti hava ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Havanın temperaturu 41 dərəcə selsidən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən b...

Azər Yusifzadə vəfat etdi - FOTO

  Respublika Klinik Xəstəxanasının həkimi dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, xəstəxananın həkim-ümumi cərrahı Azər Yusifzadə ...

Şüa yerinə hüceyrə: Gələcəkdə xərçəng müalicəsi dəyişəcək

Elm və texnologiyada baş verən sürətli inkişaflar yaxın illərdə bir sıra ağır xəstəliklərin müalicəsini mümkün edə bilər.    Sfera.az xəbər veri...