Xəzərdə balıqçı batdı
Hadisə
22:17 / 17.10.2023
5619
Xəzər dənizinin Şabran rayon sahillərində iki balıqçı dənizdə boğulmaq təhlükəsi ilə üzləşib.
Sfera.az xəbər verir ki, onlardan biri xilas ola bilib.
Lakin Şabran rayon sakini, 1962-ci il təvəllüdlü Xələf Hüseyn oğlu Hüseynov dənizdə boğulub.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən balıqçının axtarışları davam etdirilir.