"PKK-nın əlindəki silahların hamısı Qərbin silahlarıdır"

Qərbin nə dediyinin mənim üçün əhəmiyyəti yoxdur. 53 il Avropa İttifaqının qapısında bizi gözlədən Qərbdən xeyirli nə gördük?
 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Sağlıq Elmləri Universitetində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror fəaliyyətinə dəstəklə bağlı Xalqların Demokratik Partiyasının (HDP) deputatlarının həbsinə münasibət bildirərkən söyləyib.

R.T.Ərdoğan deyib ki, ifadə vermək üçün prokurorluğa dəvət edilənlər bu dəvəti qəbul etmirlərsə, "bacarırsınızsa, gəlin bizi aparın" deyirlərsə, hüquq onların zorla ifadə verməyə gətirilməsini tələb edir: "Heç kim özünü hüququn üzərində görə bilməz. Məhkəmənin qərarından razı olmaya bilərsiniz, mənim də məhkəmə ilə bağlı narazı qaldığım məqamlar olub. Ancaq heç vaxt prokurorluğu, məhkəməni tanımadığımı bildirmədim. Bir zaman İstanbulun bələdiyyə sədri idim, məni də ifadəyə çağırdılar, məni həbs etdilər. Heç bir şou da göstərmədim, sakitcə getdim. Millət isə nə dedi? Bu məhkumluğu qəbul etmədi. Dedi ki, get, partiyanı qur. Partiyamızı qurduq, millət bizə səs verdi".

Türkiyə prezidenti vurğulayıb ki, əgər deputat yox, terrorçu kimi davranırlarsa, terrorçu münasibəti görəcəklər: "Fikir azadlığına hörmətimiz var, ancaq millətinə xəyanət edənlərin ədalət mühakiməsi qarşıma çıxarmaq bizim borcumuzdur. Terror təşkilatına dəstək verdikləri üçün bir hissəsi ifadə verməyə çağırılan və həbs edilənlərlə bağlı Qərbin reaksiyasını gördük. Türkiyənin Avropa İttifaqından, hüquqdan uzaqlaşdığını söyləyənlər var. Qərbin mətbuatı da geri qalmır".

R. T. Ərdoğan Avropanın terrora dəstək verdiyini vurğulayıb: "Bizim məhv etdiyimiz PKK terrorçularının əlində Qərbin verdiyi silahlar var. Son zamanlar ağır silahlar da aşkar edirik. Soruşanda, Qərb deyir ki, bu silahları İŞİD-lə mübarizə üçün vermişdik. Kimi aldadırsınız? PKK-nın əlindəki silahların hamısı Qərbin silahlarıdır. Qərbin HDP deputatları ilə bağlı söylədikləri də bizim üçün önəmli deyil. AKP-nin rayon təşkilatlarının üzvləri, müəllimlər, mühəndislər PKK terror təşkilatı tərəfindən qaçırılanda Qərbin səsi niyə çıxmırdı? PKK deputatları insandır, terror təşkilatının qaçırdığı insanlar deyilmi? Türkiyədə də hüquq tərəfsizdir. Mənə diktator demələri vecimə deyil".


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...