Qubada iki maşın toqquşdu - Yaralılar var
Hadisə
23:34 / 15.10.2023
8575
Oktyabrın 15-i saat 17:30 radələrində Quba rayonunun Amsar kəndi ərazisində “VAZ-2107” və “GAZ-33021” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Sfera.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Hadisə nəticəsində həmin avtomobillərin sürücüləri Coşqun Mirzəyev və Fariz Əşrəfov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı RPŞ-nin istintaq bölməsində araşdırmalar davam etdirilir.