Bakıda ağır qəza - Ölənlər var
Hadisə
23:46 / 14.10.2023
8866
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, 4 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Hadisə yerinə polis, xilasetmə və təcili tibbi yardım briqadası cəlb olunub.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Hadisənin təfərrüatları barədə əlavə məlumat olacaq