Xaçmazda 49 yaşlı kişi bıçaqlanıb
Hadisə
22:06 / 14.10.2023
2634
Xaçmazın Yergüc kəndində bıçaqlanma baş verib.
Sfera.az xəbər verir ki, "Report"un Şimal bürosunun məlumatına görə, 1974-cü il təvəllüdlü Adayev Cəfər Sadiq oğlu ürək və boğaz nahiyələrindən üç bıçaq xəsarəti alıb.
Yaralı təcilli tibbi yardım briqadasının köməkliyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.