Qusarda iki övlad atası intihar edib
Hadisə
22:39 / 14.10.2023
3710
Qusarda intihar hadisəsi olub.
Sfera.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə İmamqulukənd kəndində qeydə alınıb. Kənd sakini Bahadur Fətulla oğlu Rüstəmov yaşadığı evin bağ sahəsindəki ağacdan özünü asaraq, həyatına son qoyub.
Məlumata görə, mərhumun 2 övladı var. Onun tez-tez spirtli içki qəbul etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.