Qıtlıq dövründə şor, makaron, kartof yeyin... — Ekspertlərdən məsləhət

Qıtlıq dövründə şor, makaron, kartof yeyin... — Ekspertlərdən məsləhət
2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarlarında enerji daşıyıcılarının qiymətləri kəskin düşməyə başladı. İqtisadiyyatı neft ixracı üzrənidə qurulan bir sıra dövlətlər, o cümlədən Azərbaycan bunun acı fəsadlarını qısa müddətdə hiss etdi.

Digər tərəfdən, Rusiyaya qarşı Qərbin sankisyalar tətbiq etməsi də “domino effekti”nə uyğun olaraq bir sıra ölkələrin iqtisadiyyatına təsir göstərdi. Çünki kəskin ucuzlaşan Rusiya rublu qonşu valyutalara da təzyiqi artırdı.

Eyni zamanda, İrana qaşrı sanksiyaların götürülməsi və onların neftinin 2016-cı ildə dünya bazarına çıxarılması da enerji daşıyıcılarının qiymətlərində kəskin azalmaların olacağı proqnozlarını verir.

2015-ci ildə buna uyğun olaraq Azərbaycan manatı iki dəfə devalvasiyaya uğradı və milli valyutaları kəskin ucuzlaşan ölkələr siyahısında isə liderlik əldə etdi. Azərbaycan manatı bu il 98 faiz devalvasiyaya məruz qaldı.

21 dekabr devalvasiyasından sonra isə artıq bir sıra ərzaq və qeyri-ərzaq məhsullarında artımlar müşahidə edilir. İnsanlar qısa müddətdə qiymətlərin daha kəskin qalxacağından ehtiyatlanaraq marketlərə axışır, bir neçə aylıq ərzaqlarını əvvəlcədən almağa çalışırlar.

Son baş verən proseslər fonunda qiymətlərin qalxması labüddür, belə olduqda isə aldığı məvaciblə bazar qiymətləri üst-üstə düşməyən əhali bir sıra ərzaq məhsullarından imtina etmək məcburiyyətində qalacaq. Bu isə bir növ əvvəlki illərdə yaşanan aclıq və qıtlıq dövrünü xatırladır. İkinci Dünya Müharibəsi illərində yaşanan aclıq haqqında nənə-babalarımızdan çox şeylər etşimişik. 
SSRİ-nin dağılmasından sonra da bir sıra müəssisələrin bağlanması nəticəsində xeyli insan işsiz qalmışdı, qıtlıq yaşanmışdı. Bunun nəticəsində ailələr gündəlik təlabatlarını qarşılayamayacaq durumda idilər. Görünən odur ki, bizi qarşıda yenidən oxşar zamanlar gözləyir.

Modern.az saytının əməkdaşı aclıq və qıtlıq dövründə hansı yeməkləri yeyə biləcəyimizi araşdırmağa çalışıb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, aclıq dövründə və müharibə illərində insanlar daha çox süd məhsulları – şor, pendir, qatıq, eləcə də göyərtilərdən istifadə edib, gündəlik tələbatlarında ət və ət məhsullarını isə məhdudlaşdırıb.

“Aclıq dövrləri bizim zamanımızdan çox da uzaqda deyil. Nənə-babalarımız bu haqda bizə çox danışıblar. Bildirirdilər ki, o vaxtlar kənd yerlərində sağ qalmaq və qidalanmanı təmin etmək üçün keçi saxlayırmışlar Çünki keçi çox süd verən heyvandır. Onu saxlamaq da çox çətin deyil. Keçisi olmayanlar fermalardan oğurluq edirmişlər. Murad adında bir kişinin mənə danışdığına görə, o qədər ac olub ki, gedib fermada qoyunun əmcəyindən süd əmirmiş. Və bir həftdədən çox gecələr qoyunların arasında gizlənib, qarnını doyuzdurub. Ümumiyyətlə, aclıq dövründə insanlar əllərinə nə keçirdisə, yeyirdilər”.

E.Hüseynov bildirib ki, qıtlıq dövründə ən çox istifadə olunan qidalar tez tapılan və nisbətən ucuz qidalardır.

“Bunlar göyərti və süd məhsullarıdır. Kartof isə çörəyi əvəz edən qidadır. Bildiyimiz kimi, qıtlıq dövründə çörək gec tapılan bir qida olur. Ona görə çörəyi əvəz edən qida kartof sayılır”.

Ekspert insanlara qənaəti yaddan çıxarmamağı məsləhət görüb. Deyib ki, qarşıdakı ildə vəziyyət daha pisləşə bilər, ona görə də maksimum qənaət etmək, bahalı pal-paltardan, qidalardan uzaq qaçmaq lazımdır.

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov bildirib ki, uzun müddət acmamaq, tox qalmaq üçün çörək və makarondan istifadə etmək məqsədəuyğundur.

“Hazırda aclıq dövrü deyil və belə bir şey gözlənilmir. Aclığın qarşısını almaq üçün öncə şəkərli yeməklərdən istifadə olunur. Şirinçay, bal, bəhməz kimi şirin qidalar istifadə olunmalıdır. Amma bunlar bahalı olduğu üçün ucuz və keyfiyyətli qida olaraq çörək və makaron istifadə olunur”.

T.Əmiraslanov qeyd edib ki, daha uzun müddətli acmamaq üçün çörək, makaron, və kartofdan istifadə olunmalıdır.

“Bəzi qidalar var ki, onlar daha tez tapılır və kefiyyətlidir. Məsələn, kartof tez tapılan və daha gec acdıran nisbətən ucuz bir qidadır. Bu səbəbdən kartof müharibə dövründə “ikinci çörək” adlandırılıb”.

Belə... Ekspertlərin məsləhindən sonra qıtlıq dövrünün qıdalarını bu cür sıralaya bilərik: şor, pendir, qatıq, göyərtilər, kartof, makaron...

OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...