Göyçayda regional konfrans işə başladı - FOTO

Göyçayda regional konfrans işə başladı - FOTO

Oktyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Göyçay rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans işə başlayıb.

 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsi ziyarət edilib, önünə gül dəstəsi düzülüb.

 

Rayon hüquq-mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, din xadimləri, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbiri giriş sözü ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev açaraq, ölkəmizin multikultralizm modelinin dünyada ən mükəmməl örnək kimi qəbul olunduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda din sahəsindəki durumun sabit qiymətləndirildiyini vurğulayan N.Ağayev qeyd edib ki, bütün bölgələrdə olduğu kimi Göyçayda da məzhəblərarası birlik, həmrəylik mövcuddur.

 

“Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri sahəsindəki siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, respublikamızdakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.” Bu fikirləri isə çıxışında Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib.

 

DQİDK-nın sədr müavini bildirib ki, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi beynəlxalq aləmdə yüksək qiymətləndirilir, eyni zamanda Azərbaycanda dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, dinlərarası və məzhəblərarası vəhdətin mövcud olması bu gün müstəqil respublikamızı gücləndirən amillərdən biridir.

 

Azərbaycan xalqının əsrlər boyu öz milli-mənəvi dəyərlərini yaşatdığını vurğulayan S. Heydərovun sözlərinə görə, vətəndaşlarımız, o cümlədən din xadimləri Vətənə, milli-mənəvi dəyərlərimizə və azərbaycançılıq ideologiyasına bağlı olmalıdırlar.

 

Milli Məclisin deputatı, Aqrar siyasət komitəsi sədrinin müavini Sabir Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov çıxışlarında dövlətin dinə və din xadimlərinə qayğısından bəhs ediblər, məscidlərin, ibadət yerlərinin təmir və bərpa olunmasında dövlətin, xüsusən də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndiriblər.

 

DQİDK-nın sifarişi ilə hazırlanan “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” sənədli filmi nümayiş olunub, eləcə də kitab sərgisi keçirilib.

 

Regional konfrans işini oktyabrın 13-dək davam etdirəcək.


OXŞAR XƏBƏRLƏR

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.   Sfera.az bu barədə AMB-yə istinadən xəb...