III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi oldu

III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi oldu

Oktyabrın 8-dən 11-dək keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi keçirilib.

 

Sfera.az xəbər verir ki, bağlanış və mükafatlandırma mərasimində Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, türk dünyasının tanınmış sənət adamları, rəsmi şəxslər. ümumilikdə isə kino bayramında türk xalqlarının kinematoqrafçılarından ibarət 100-dən çox qonaq iştirak edib.

 

Festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Kino Agentliyi, Bakı Media Mərkəzinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşıb.

 

Mükafatlandırma mərasimini TÜRKSOY-un baş katibi Sultan Raev açıb.

 

O, festivalın uğurlu təşkilinə görə minnətdarlıq edib.

 

Sonra mükafatlandırma hissəsi başlayıb.

 

Əvvəlcə festivalın fəxri mükafatları təqdim edilib.

 

Sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

 

Ən yaxşı aktyor nominasiyası üzrə - “Qızıl alma” filmindəki roluna görə Ahmet Amandurdiyev (Türkmənistan);

 

Ən yaxşı aktrisa nominasiyası üzrə - “Məryəm” filmindəki roluna görə, Təhminə Rafaella (Azərbaycan);

 

Ən yaxşı ssenari nominasiyası üzrə - “Abdulla Oripov” (Özbəkistan);

 

Ən yaxşı rejissor nominasiyası üzrə - rejissoru Zhuraeva Asel Talibzhanova olan "Tanrıverdi" filmi (Qırğızıstan);

 

Ən yaxşı bədii film nominasıyası üzrə – Ahmet Sönmezin "Yıldız tozu" filmi (Türkiyə);

 

Sənədli filmlər üzrə isə 3 qalib müəyyənləşib:

 

"Mənim dairəm" (Özbəkistan);

"Arqau" (Qazaxıstan);

"Sonuncu" (Azərbaycan).

 

Mükafatlandırmanın ardından tədbir bədii hissə ilə davam edib.

 

Qeyd edək ki, festivalın məqsədi Türk dünyasının birliyini və türk xalqları arasında mədəni əməkdaşlığı inkişaf etdirmək, türk dövlətlərinin iştirakı ilə ortaq audiovizual məkan yaradaraq xalqlarının bu məkana inteqrasiyasına töhfə vermək olub.

 

2021-ci ildən təşkil olunan festival ilk dəfə Türkiyənin İstanbul şəhərində, ikinci dəfə isə ötən il qardaş ölkənin Bursa şəhərində keçirilib.

 

Artıq üçüncü dəfə təşkil edilən festivala Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistanla yanaşı, Qaqauz Yeri (Moldova), Tatarıstan, Saxa-Yakutiya, Dağıstan (Noqay), Kabardin-Balkar, Çuvaşıstan, Qaraçay-Çərkəz, Tuva və Başqırdıstandan (Rusiya Federasiyası) 32 bədii, sənədli və animasiya filmi təqdim olunub.


OXŞAR XƏBƏRLƏR

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...

AMB vəzifəli şəxsi cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) Premium Bank ASC-ni və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.   Sfera.az bu barədə AMB-yə istinadən xəb...

Bu nazirlik və komitələrin birləşdirilməsi GÖZLƏNİLİR

Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması məsələsi gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab ver...