Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi

Əli Əsədov iclas keçirdi, tapşırıqlar verdi

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyət və perspektivlər, o cümlədən, SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf planları, gələcək hasilat proqnozları, Heydər Əliyev adına Neft Emalı Zavodunun Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti, həmçinin Layihənin icrası üçün tələb olunan əlavə işlər və digər cari məsələlər geniş müzakirə olunub.

 

İclasda SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi və Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun çıxışı dinlənilib.

 

İclasın yekununda müzakirə olunan məsələlər barədə Şuranın üzvlərinin təklifləri nəzərə alınmaqla AİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq tapşırıqlar verilib.


OXŞAR XƏBƏRLƏR

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...

Pirallahıda əməliyyat: 42 kq narkotik vasitə aşkar olundu

Bakı şəhəri Pirallahı rayonunda əməliyyat keçirilib, 42 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.   Sfera.az xəbər verir...

Vilayət Eyvazov əməliyyat müşavirəsi keçirdi

İyulun 25-də Daxili İşlər Nazirliyində işğaldan azad olunan ərazilərdə xidmətin təşkili və ictimai təhlükəsizliyin təmin olunmasına dair onlayn formatda əməliyy...

Naxçıvanda tanınmış restoranın fəaliyyəti məhdudlaşdırıldı: RƏSMİ AÇIQLAMA

Naxçıvanda fəaliyyət gösətərən "Panorama" restoranında gigiyenik qaydalara əməl olunmadığı üzə çıxıb.   Sfera.az xəbər verir ki, bunun...

Hərbi helikopterlərimiz havaya qalxdı – FOTO/VİDEO

2025-ci ilin hazırlıq planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.   Müdafiə Nazirliyin...

“Veysəloğlu” əməkdaşların inkişafını əhatə edən strateji layihənin açılışını keçirdi

“Veysəloğlu” MMC insan resurslarının strateji inkişafı istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində, məhz mütəxəssis heyətinə yönəlmiş &ldq...