Qarabağda Rusiya sülhməramlılarının iki müşahidə məntəqəsi ləğv olunub

Gündəm
21:10 / 08.10.2023
7372
Son 24 saat ərzində Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının daha iki müşahidə məntəqəsi ləğv edilib.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Gün ərzində Xocavənd və Ağdərə rayonlarında iki müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, - məlumatda deyilir.