Xəzərdə dalğanın hündürlüyü 2 metrə çatıb

Gündəm
17:09 / 08.10.2023
5052
Xəzərdə dalğanın hündürlüyü 2 metrə çatıb
Azərforum "Report"a istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 8-i saat 14:00-a olan məlumatına əsasən cənub-qərb küləyinin maksimal sürəti arabir Qobustanda 18 m/s, Bakıda və Abşeron yarımadasında isə 17 m/s olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24-28 dərəcə isti, Naxçıvan MR-da 23 dərəcəyədək, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.