"Xəzri-2023" birgə taktiki təlimi başa çatdı - VİDEO

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimi başa çatıb.

 

Bu barədə Sfera.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

 

Oktyabrın 8-də Azərbaycan HDQ komandanı vitse-admiral Sübhan Bəkirov, Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin HDQ komandanı kontr-admiral Saken Bekjanov, hər iki ölkənin təlimdə iştirak edən hərbi qulluqçuları və media nümayəndələrinin iştirakı ilə təntənəli bağlanış mərasimi keçirilib.

 

Tədbirdə çıxış edənlər təlimdə qarşıya qoyulan bütün tapşırıqların uğurla icra edildiyini bildirib və iştirakçılara gələcək xidmətlərində uğurlar arzulayıblar. Qeyd edilib ki, keçirilən birgə taktiki təlim qarşılıqlı təcrübə mübadiləsində, eləcə də hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılmasında xüsusi əhəmiyyətə malikdir.

 

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycana məxsus ərazi sularında oktyabrın 2-dən başlayan “Xəzri-2023” birgə taktiki təlimində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyəti də müşahidəçi qismində iştirak edib.

 

 


OXŞAR XƏBƏRLƏR

Kəlbəcərə gedən yolda maşın aşdı

Göygöl-Toğanalı-Kəlbəcər yolunda minik maşını aşıb.   Sfera.az bildirir ki, hadisə rayonun Aşıqlı kəndindən keçən hissəsində qeydə alınıb. Rayon saki...

“Baku City Residences” “Dayanıqlı inşaat şirkəti mükafatı”na LAYİQ GÖRÜLDÜ

Azərbaycanın daşınmaz əmlak sektorunda qabaqcıl şirkətlərdən olan “Baku City Residences” daha bir mükafata layiq görülüb.   Sfera.az xəbə...

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişdi

Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqınd...

Vanqanın yeni proqnozu üzə çıxdı - Bu ilin iyul ayı və 5 il sonra...

Yaponiyalı manqa yazıçısı (həm yazıçı, həm də rəsam ola bilən, yapon üslubunda şəkilli hekayələr yaradan sənətçidir - red.) Ryo Tatsuki illər öncə verdiyi qeyri...

Cəlilabadda mebel fabrikinin işi dayandırıldı

Cəlilabadda yanğın təhlükəli mebel fabrikinin fəaliyyəti dayandırılıb.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib. &nb...

Övladlığagötürmə ilə bağlı yenilik - FƏRMAN

"Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inte...