Goranboyda qadın və anası bıçaqlandı: Saxlanılan var
Hadisə
22:21 / 06.10.2023
6737
Goranboy rayonunun Veyisli kəndində 1996-cı il təvəllüdlü Yulçuyeva Pərvanə Rasim qızı və anası 1966-cı il təvəllüdlü Əliyeva Siyatel Qəşəm qızı bıçaqlanıblar.
“Report”un məlumatına görə, yaralılar xəstəxanaya yerləşdirilib.
Onlara xəsarət yetirməkdə P. Yulçuyevanın həyat yoldaşı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.