Putin Qarabağdakı antiterror tədbirlərindən danışdı

Gündəm
21:31 / 05.10.2023
8944
Azərbaycanın Qarabağda konstitusiya quruluşunu nə vaxt və necə quracağı zaman məsələsi idi.
Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Qarabağda antiterror əməliyyatı (19-20 sentyabr) ilə bağlı çıxışında deyib.
“Bütün bunlar Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasından sonra qaçılmaz idi. Azərbaycanın orada konstitusiya quruluşunu nə vaxt və hansı yolla quracağı yalnız zaman məsələsi idi”, - deyə Putin bildirib.