Bu şəxslər böyük məbləğdə cərimələnəcək - YENİ QAYDA

Bu şəxslər böyük məbləğdə cərimələnəcək - YENİ QAYDA

Bazarda rəqabəti pozan, süni şəkildə qiymətlərə təsir edən sahibkarlarla bağlı cərimələr nəzərdə tutulur. Belə ki, Rəqabət Məcəlləsinə əsasən, məhz bazardakı tarazlığa öz mövqeyindən istifadə edib təsir göstərən sahibkarlarla bağlı dövriyyəsinin 3, 5 və 10 faizi həcmində cərimələrin tətbiq edilməsi nəzərdə tutulur.

 

Sfera.az "Trend"ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

 

O bildirib ki, məqsədli şəkildə bazarda qiymətlərin kəskin artımına gedən və bütövlükdə rəqabəti məhdudlaşdıran sahibkarlar sanksiyalara məruz qalacaqlar.

 

“Sanksiyaların məqsədi birmənalı şəkildə həm qiymətlərin optimallaşdırılması, süni qiymət artımlarının qarşısının alınması və bütövlükdə bazarda rəqabətin qorunmasından ibarətdir. Bu da öz növbəsində bazarda qiymətlərin tələb-təklif əsasında optimallaşdırılması və hətta bəzi məhsullar üzrə azalması və süni qiymət artımlarının qarşısının alınmasına imkan verəcək”, - deyə o əlavə edib.

 

Qeyd edək ki, Rəqabət Məcəlləsi Milli Məclisin oktyabrın 2-də keçirilən iclasında birinci oxunuşda qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.

 

Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.


OXŞAR XƏBƏRLƏR

Bu universitetlərdə təhsil haqqı ARTACAQ

Azərbaycanda bir sıra özəl universitetlərdə təhsil haqlarının artırılması planlaşdırılır.   Sfera.az xəbər verir ki, bu barədə modern.az-a unive...

Azərbaycanda kişi gəlinini güllələyərək öldürdü

Tərtərdə baş verən qətlin təfərrüatları məlum olub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Poladlı kənd sakini 1957 – ci il təvəllü...

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...