Nazir rektorun yerinə onu TƏYİN ETDİ - FOTO

Nazir rektorun yerinə onu TƏYİN ETDİ - FOTO

Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsinə təyinat olub. 

 

Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə bu vəzifə Süleymanov Turxan Raquf oğluna həvalə olunub. 

 

 

Qeyd edək ki, bu vəzifədən əvvəl Turxan Süleymanov Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsini tuturdu.

 

Turxan Süleymanovdan əvvəl Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini Yaqub Maksim oğlu Piriyev icra edib. O, bu ilin sentyabr ayında Bakı Mühəndislik Universitetinin rektoru təyin olunub.  

 

 

Xatırladaq ki, Turxan Süleymanov 1988-ci ildə anadan olub. Bakı Slavyan Universitetində Regionşünaslıq (regionlar) ixtisası üzrə bakalavriat, Bakı Dövlət Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura və aspirantura/doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...

Sükut pozulacaq - Bir neçə gün ərzində...

Mayın 12-də axşam saatlarında səma hadisələri yeni bir dövrün başlanğıcını elan edib. Əqrəb bürcünün 22-ci dərəcəsində baş verən Tam Ay, Uranın birbaşa təsiri i...