10 yaşlı qıza qarşı əxlaqsızlıq edən kişini TUTANLAR DANIŞDI: "Qaçmağa çalışdı..." - VİDEO

10 yaşlı qıza qarşı əxlaqsızlıq edən kişini TUTANLAR DANIŞDI:

Xətai Rayonu Zığ yolu 19 adlanan ünvanda sakinlər bir ağsaqqal kişini saxlayaraq, Polisə təhvil veriblər. Elə bu kadrlar da həmin vaxt ərazidəki vətəndaşlar tərəfindən lentə alınıb.

 

Sfera.az xəbər verir ki, iddialara görə ağsaqqal məktəblilərə qarşı qeyri-etik hərəkətlər edir, onları kömək etmək adı ilə aldadıb özü ilə aparmağa çalışırmış. Son hadisə isə azyaşlı məktəbli bir qızın başına gəlib.

 

Hadisə 63 nömrəli tam orta məktəbin əhatəsində baş verib. Hazırda valideynləri narahat edən də elə budur ki, gün ərzində məktəbə yüzlərlə uşaq gəlir.

 

Məsələ ilə bağlı DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Xəzər Xəbər"ə bildirdi ki, polisə 10 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edilməsilə bağlı müraciət daxil olub.

 

Əməli törətməkdə şübhəli bilinən 65 yaşlı şəxs saxlanılıb.Faktla bağlı araşdırmalar hazırda da davam etdirilir.

 

Xəzər TV-nin mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

 

 


OXŞAR XƏBƏRLƏR

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...

ABŞ-də dindarlar miqrasiya siyasətinə etiraz ediblər: “Tanrının prinsiplərinə ziddir” - FOTO

ABŞ-nin Nyu-Cersi ştatının Nevark şəhərində yerləşən Miqrasiya və Gömrük Mühafizə İdarəsinin (ICE) yeni açılan mərkəzi qarşısında etiraz aksiyası keçirilib. Aks...

Çin hakimiyyəti ABŞ-lə bağlı bu qadağanı ləğv etdi

Çin hakimiyyəti Amerikanın “Boeing Co.” şirkətindən təyyarə tədarükünə qoyulan qadağanı aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu ba...