Xəstəxanadakı qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Xəstəxanadakı qanunsuzluqlarla bağlı cinayət işi başlandı

Şabran Rayon Mərkəzi Xəstəxanasında yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Şabran rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, araşdırma zamanı 2018-2023-cü illəri əhatə edən dövr ərzində qeyd edilən xəstəxananın vəzifəli şəxs(lər)inin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil edib külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda ibtidai istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR

Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək

"Bayraktar Teknoloji Azərbaycan" MMC-yə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu ...

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...