Bakıda piyadanın vurulmasının ANBAAN VİDEOSU

Bakıda piyadanın vurulmasının ANBAAN VİDEOSU

Bakıda 57 yaşlı şəxsi avtomobil vuraraq öldürüb.

 

Sfera.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hadisə bu gün saat 7 radələrində Suraxanı rayonu, Heydər Əliyev prospekti şəhər istiqamətində baş verib. Elşən Mirzəli oğlu Mehdizadənin idarə etdiyi “Toyota Prius” markalı avtomobil Polad Qaçay oğlu Əliyevi vurub. Nəticədə o, hadisə yerində vəfat edib.

 

BDYPİ-nin rəsmisi polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisə məhz yerüstü piyada keçidinin altında qeydə alınıb. Onun sözlərinə görə, hadisə zamanı təyin edilməyən yerdən keçən piyadanı avtomobil vurub.

 

“Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir.

 

Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə intizamlı formada yanaşsınlar. Sadə qaydalara riayət edərək ağır sonluqlu faciələrə yol açmasınlar. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı, yanlış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik”, - A.Əsgərli əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...