Azərbaycanda bu şəxslər evdə oturaraq PUL QAZANACAQ

Azərbaycanda bu şəxslər evdə oturaraq PUL QAZANACAQ

Azərbaycanda günəş panellərindən istifadə etməklə əlavə gəlir əldə etmək mümkün olacaq.

 

Sfera.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı yeni qərar qəbul edib.

 

Evlərin damına və ya həyətyanı sahələrə günəş panellərini quraşdırmaqla enerjidən istifadə etməklə yanaşı, qalan hissəni dövlətə də satmaq mümkün olacaq.

 

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrlə iş və hüquq şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib ki, aktiv istehlakçılar mərkəzi şəbəkəyə qoşulacaq. Bundan başqa, onlar elektrik enerjisinin idxal və ixracını ölçə bilən ikitərəfli sayğaclardan istifadə edəcək. Bununla da şəbəkəyə ötürdüyü və aldığı elektrik enerjisini hesablaya biləcək.

 

Millət vəkili Naqif Həmzəyev isə “Xəzər Xəbər”ə bildirib ki, qanuna əsasən istehlakçılar 150 kilovota qədər enerji istehsal edə biləcəklər.

 

Qeyd edək ki, əhali qrupuna daxil olan aktiv istehlakçıların şəbəkəyə ötürdüyü elektrik enerjisi gəlir vergisindən də azad edilib.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu il 18 milyard manatlıq məhsul satılıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 18,4 milyard manatlıq, o cümlədən 10,3 milyard manatlıq ərzaq məhs...

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib.   Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyin...

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Hər...

Prezident onu hərbi prokuror təyin etdi

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib.   Sfera.az  xəbər verir ki, Prezident İlham...

Əhalinin yanacaq xərcləri artdı

Bu ilin yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 156 mln. manat xərclənib. ...

43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək....