Vətən müharibəsində şəhid olanların üçüncü ildönümü məzarları önündə qeyd olundu - FOTOLAR

Vətən müharibəsində şəhid olanların üçüncü ildönümü məzarları önündə qeyd olundu - FOTOLAR

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı oktyabrın 2-də Vətən müharibəsində şəhid olan İkinci Ərəbcəbirli kənd sakini Məmmədov Xəyal Arif oğlunun, Yeniarx kənd sakini Məmmədov Pərvin Rza oğlunun və Qaraxıdır kənd sakini Abdullayev Səməd Sədiyar oğlunun üçüncü ildönümü mərasimlərində iştirak edib.

 

Mərasimdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, YAP Göyçay rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və kənd sakinləri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.

 

Şəhidlərin ildönümü mərasimində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

 

Mərasimdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

 

Xatırladaq ki, şəhid Məmmədov Xəyal Arif oğlu 13.02.1989-cu il tarixdə İsmayıllı rayonunun Qubaxəlli kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra 17.06.2011-ci il tarixdə N saylı hərbi hissədə kiçik çavuş vəzifəsində xidmətə başlamışdır. 02 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub.

 

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Şəhid Məmmədov Pərvin Rza oğlu 30.03.1994-cü il tarixdə Göyçay rayonunun Yeniarx kəndində anadan olmuşdur. Həqiqi hərbi xidmətini bitirdikdən sonra  13.05.2017-ci il tarixdə N saylı hərbi hissədə Gizir vəzifəsində xidmətə başlamışdır. 02 oktyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub.

 

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə  “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Şəhid Abdullayev Səməd Sədiyar oğlu 17.06.2002-ci il tarixdə Göyçay rayonunun Qaraxıdır kəndində anadan olmuşdur. 07.07.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 02 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olub.

 

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin  sərəncamı ilə  “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR