Azərbaycanda qidalanma sahəsində fəaliyyət planı qəbul ediləcək

Azərbaycanda qidalanma sahəsində fəaliyyət planı qəbul ediləcək
Azərbaycan üzrə 2017-2018-ci illəri əhatə edən qidalanma sahəsində Fəaliyyət Planı qəbul ediləcək. “Report”un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya" sənədində müddəa yer alıb.

Sənədə əsasən, fizioloji qida normaları qəbul ediləcək. Qida məhsullarından trans-yağların çıxarılması və onların çoxdoymamış yağ turşuları ilə əvəz edilməsi üzrə tədbirlər müəyyən ediləcək; tərkibində doymuş yağlar, trans-yağ turşuları, sadə şəkər və ya duz yüksək olan qida məhsullarının marketinqinin uşaqlara təsiri azalacaq; tərkibində çoxdoymamış yağ turşuları olan qida məhsullarının istehlakı artırılacaq; körpələrin ana südü ilə qidalandırılması da daxil olmaqla, əhaliyə sağlam qidalanma vərdişləri aşılanacaq.
Sadalanan tapşırıqların icrası İqtisadiyyat və Sənaye Nazirliyi, Səhiyyə, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə tapşırılıb.
Daha bir müddəa fiziki aktivliyin təbliği ilə bağlıdır. Belə ki, sənədə əsasən, iş yerlərində və ictimai yerlərdə fiziki aktivlik üçün şərait yaxşılaşdırılacaq; yaşayış məntəqələrində əhalinin fiziki aktivlik üçün obyektlərə əlçatanlığı artacaq; fiziki passivlik (o cümlədən böyüklər arasında) 10%-dək azalacaq. Bu isə Səhiyyə, Təhsil, Gənclər və İdman Nazirliyinə, eləcə də yerli icra hakimiyyəti orqanlarına həvalə olunub.

OXŞAR XƏBƏRLƏR

İngiltərə müharibəyə hazırlaşır - Yeni müdafiə planı açıqlandı

İngiltərə Baş naziri Keir Starmer ölkəsinin Soyuq müharibədən bu yana ən ciddi hərbi təhdidlərlə üz-üzə olduğunu açıqlayıb. Baş nazirin bu bəyanatı Britaniyanın...

"Qarşıya qoyulan hədəflərə çatmamışıq" - Əli Məsimli

"Bizim müzakirələrimiz yalnız köhnə ilin və yeni ilin büdcəsinin icrası ilə məhdudlaşmamalıdır".   Sfera.az xəbər verir ki, bunu Milli Məcl...

Qabillə bağlı həbs qərarı verildi

Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, ...

Türkiyədə inflyasiya ən aşağı səviyyədə - RƏQƏMLƏR

Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, may ayında Türkiyədə istehlak qiymətləri illik müqayisədə 35,4% artıb.   Sfera.az İnterfaks...

DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Sfera.az-a İdarədən məlumat verilib. ...

Mərkəzi Bank ehtiyatlarını 135 milyon dollar artırıb - Rəsmi

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının dəyəri açıqlanıb.  Sfera.az AMB-yə istinadən xəbər verir ki, ehtiyatların dəyəri 2025-ci ilin...