Vardanyana cinayət işi açıldı - Bu maddələrlə İTTİHAM OLUNUR

Siyasət
11:14 / 28.09.2023
2986
Xəbər verdiyimiz kimi, Ruben Vardanyan barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sfera.az DTX-nin yaydığı məlumata əsasən bildirir ki, R.Vardanyana Cinayət Məcəlləsinin bu maddələri ilə cinayət işi açılıb:
"Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".