UNESCO-nun İrs siyahısına salınan “Xınalıq və Köç yolu”ndan MARAQLI GÖRÜNTÜLƏR

UNESCO-nun İrs siyahısına salınan “Xınalıq və Köç yolu”ndan MARAQLI GÖRÜNTÜLƏR

Sentyabrın 25-26-da Dövlət Turizm Agentliyi ölkənin kütləvi informasiya vasitələrinin 50-ə yaxın əməkdaşının iştirakı ilə “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib.

 

Sfera.az bildirir ki, mediaturun məqsədi UNESCO-nun Mədəni İrs siyahısına daxil edilən Xınalıq və Köç yolu mədəni landşaftı ilə jurnalistləri tanış etmək, bu ərazinin Ümumdünya İrsi elan edilməsinin üstünlükləri və turizm potensialına təsiri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq ibarət olub. Mediatur zamanı yeni yaradılmış “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunda görüləcək işlər, kəndin ərazisində aparılan təmir və bərpa işləri ilə bağlı məlumat da açıqlanıb.  

 

Tədbir çərçivəsində artıq Xınalıq və Köç yolu ərazisinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin mədəni irsi hesab olunduğu, bu ərazinin UNESCO-nun Ümumdünya İrs siyahısına salınmasının Azərbaycan mədəni irsinin dünyada tanıdılmasına kömək olacağı, həmçinin dünyanın mədəni turizm sahəsində Azərbaycanın mövqeyinin güclənməsinə xidmət göstərəcəyi qeyd edilib. Bu mühüm hadisənin öz növbəsində ərazinin turizm potensialının reallaşdırılmasına yardım edəcəyi də vurğulanıb. Qoruq ərazisində mövcud olan zəngin mədəni turizm resursları sayəsində regional turizm bazarı üçün unikal mədəni və təbiət turizm məhsulları yaradılması mümkün olacaq. Bu da öz növbəsində köç yolunun keçdiyi kənd və qəsəbələrin ərazisində turizm sahəsində özünüməşğulluq inkişaf etməsinə səbəb olacaq.

 

Qeyd olunub ki, UNESCO-nun qərarı Xınalıq sakinlərinin köçəri mədəniyyətinin tanıdılmasına, o cümlədən Köç yolu üzərindəki əsrlərlə yaşı olan maddi və qeyri-maddi mədəni irs nümunələrinin qorunmasına mühüm töhfə verəcək. 

 

Bildirilib ki, “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya qoruğunun yaradılması həm yaylaq, həm qışlaq, həm də mövsümi köç yolunda ekoturizmin inkişafına xidmət edəcək, burada kempinq, haykinq kimi  turizm məhsullarını əhatə edən turizm sənayesinin inkişafına təkan verəcək. 

 

Mediatur çərçivəsində həmçinin  qoruq ərazisində mədəni-tarixi irsimizin qorunması, turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan  təmir və bərpa işləri ilə bağlı məlumat verilib. 

 

Həmçinin Dövlət Turizm Agentliyi ilə BMT-nin İnkişaf Proqramımın birgə həyata keçirdiyi “Azərbaycanın Regionlarında Dayanıqlı Turizmin İnkişafına Dəstək” layihəsi çərçivəsində Xınalıqda turistlərə qonaq evi istiqamətində xidmət göstərən 16 sahibkara su qızdırıcısı, soba və qaz plitəsi təqdim olunub.  

 

Qeyd edək ki, sentyabrın 18-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında “Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya irs siyahısında daxil edilməsinə dair qərar qəbul edilib. Sentyabrın 4-də Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Dövlət Turizm Agentliyinin tabeliyində  “Xınalıq və Köç yolu" Dövlət Tarix Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Yeni qoruq ərazisi Xınalıq kəndini və 6 rayonun ərazisindən keçən, 200 km-dən çox uzunluğu olan Köç yolunu əhatə edir.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Hakan Fidanla sülh prosesini müzakirə etdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.   Sfera.az xəbər verir ki, bu bar...

Bülent Ersoyun villasını ALOV BÜRÜDÜ: Sənətçi təcili təxliyə olundu - FOTOLAR

Antalya şəhərinin Aksu, Gazipaşa, Manavgat və Muratpaşa rayonlarında meşə yanğınları baş verib. Alovlar qısa müddətdə yayılaraq yaşayış məntəqələrini də təhlükə...

Tofiq Qaziyev vəfat etdi - FOTO

Rəssam Tofiq Qaziyev vəfat edib.   Sfera.az bildirir ki, bu barədə onun yaxınları məlumat yayıb.   Qeyd edək ki, Qaziyev Tofiq Tapdıq oğlu...

MM-dən Fransa Milli Assambleyasındakı qətnamə təşəbbüsünə CAVAB

Milli Məclis Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasında irəli sürülmüş yeni qətnamə layihəsinə dair bəyanat yayıb.   Sfera.az ...

Anomal istilərlə əlaqədar Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədi...

Lazer epilyasiyası etdirənlərin NƏZƏRİNƏ - Xərçəng yaradır?

Lazer epilyasiyası (lazerlə tüklərin təmizlənməsi) günümüzdə çox geniş yayılıb.   Lakin uzun illərdir lazer prosedurunun zərərləri barədə müxtəlif şa...