Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi BİLİNDİ

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi BİLİNDİ

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.

 

E.Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.

 

Sentyabrın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə E.Seyidli Almaniyadan Azərbaycana gətirilib.

 

Qeyd edək ki, Ədliyyə Nazirliyi ötən gün beynəlxalq axtarışa verilən şəxsin Almaniyadan Azərbaycana gətirilməsi barədə məlumat yayıb. Lakin həmin şəxsin adı açıqlanmamışdı.


OXŞAR XƏBƏRLƏR

Tarixin ən bahalı toy tortlarından biri hazırlanacaq - FOTO

Amazon-un qurucusu Jeff Bezos və televiziya aparıcısı Lauren Sançezin nikah mərasimi təkcə ekstravaqant detalları ilə deyil, həm də hazırlanacaq toy tortu ilə y...

Afrika ikiyə bölünür: Efiopiyanın altında yeni okean yaranır

Afrika qitəsinin iki hissəyə bölünməsi prosesi artıq elmi sübutlarla təsdiqlənir. Sauthempton Universitetinin rəhbərliyilə aparılan beynəlxalq araşdırmada, Efio...

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...