Qarabağdakı antiterror əməliyatı dünya mediasında – Nə yazdılar?

Qarabağdakı antiterror əməliyatı dünya mediasında – Nə yazdılar?

Qarabağda baş verən hadisələr dünya mətbuatında da gündəm olub.

 

Sfera.az bildirir ki,  antiterror əməliyyatı media orqanlarında “ildırımsürətli hücum” kimi şərh edilib. Belə ki, “Politico” nəşri “Azərbaycan Qarabağda qələbəsini elan etdi” başlıqlı yazı dərc edib. ABŞ-nin “ABC News” telekanalı “35 ildir davam edən münaqişə, nəhayət, Azərbaycanın xeyrinə başa çatıb”, deyə qeyd edib.

 

Britaniyanın “Teleqraf” qəzeti isə “Azərbaycanın qələbəsi Ermənistanı Qərb müttəfiqlərinə yaxınlaşdırır” başlıqlı məqalə ilə çıxış edib. “Hərbi əməliyyatda Kremlin rolu ilə bağlı suallar hələ də qalmaqdadır. Lakin Rusiya sülhməramlılarının hərəkətsizliyi qisas kimi görünür”, deyə yazıda bildirilib.

 

“The Moscow Times” Kremlin “Paşinyan planı”ndan yazıb. Xəbərdə bu fikirlər yer alıb: “Rusiyanın müstəqil xəbər təşkilatları “Meduza” və “Vyorstka”nın adı çəkilməyən mənbələrə istinadən yaydığı məlumata görə, Kreml media və deputatlara Azərbaycanın mübahisəli Qarabağ bölgəsinə son hücumunda Ermənistanı günahlandırmağı tapşırıb. Son toqquşmalar başlamazdan əvvəl Moskva İrəvanın ABŞ qoşunları ilə birgə hərbi təlimlərinə görə qəzəblənib”.

 

Fransanın “AFP” xəbər agentliyi isə İrəvandakı etiraz aksiyaları barədə yazıb. Qeyd olunub ki, anti-terror əməliyyatından sonra hökumətə etiraz edən nümayişçilər polislə toqquşub. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb ediblər. Aksiyalar zamanı hökumət binası daşqalaq edilib, polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan futzal millisinin İsveçlə oyun üçün heyəti açıqlandı

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində İsveç yığması ilə keçirəcəyi oyun üçün heyəti açıqlanıb.   Sfera.az xəbər ve...

Əsəd niyə İrana yox, Rusiyaya sığındı? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bəşər Əsəd və ailə üzvləri Rusiyanın paytaxtı Moskva şəhərindədir. Bəzi məlumatlara görə, Rusiya Suriyadakı qüvvələrinin təhlükəsiz şərai...

Ölkədən çıxışına qadağa qoyuldu

Cənubi Koreyanın Ədliyyə Nazirliyi Prezident Yun Sok Yolun ölkədən çıxışına qadağa qoyub.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı “Yonhap...

İsrail Suriyanın bu ərazilərini nəzarətə götürdü - Müdafiə nazirindən AÇIQLAMA

Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra İsrail ordusu əvvəllər sərhəddə yaradılan bufer zonadan kənar ərazilərə daxil olub.   Sfera....

Polisə tabe olmayıb özünə xəsarət yetirdi- VİDEO

Şəmkirdə polisə müqavimət göstərən şəxs həbs edilib.   Sfera.az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, Şəmkirdə yerləşən stasionar postda Rəvan ...

"Çelsi"nin futbolçusu rekorda İMZA ATDI

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Koul Palmer Premyer Liqada rekorda imza atıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ...