Paşinyan: “İndi ən vacib məsələ…”

Paşinyan: “İndi ən vacib məsələ…”

"İndi ən vacib məsələ ermənilərin öz evlərində yaşamaq hüququnun Rusiya sülhməramlıları tərəfindən tam təmin olunmasıdır".

 

Sfera.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, sabitliyin mühüm olduğunu qeyd edib:

 

"İrəvan bu vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla da fikir mübadiləsi apara bilər. Bu şəraitdə sabitlik çox mühümdür. Güman etmək olar ki, sülhməramlılar belə bir təklif irəli sürüblərsə, öz üzərlərinə Qarabağ əhalisinin təhlükəsizliyini təmin etmək öhdəliyini də götürüblər. Ümid edirik ki, Rusiya sülhməramlıları belə bir addım atmaqla öz üzərlərinə götürdükləri öhdəlikləri tam yerinə yetirəcəklər".

 

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR