“Bu il neftin qiyməti 100 dollar olacaq”  - “Goldman”

“Bu il neftin qiyməti 100 dollar olacaq”  - “Goldman”

ABŞ-nin nəhəng investisiya banklarından biri olan “Goldman Sachs Group” hesab edir ki, bu il tələbin təkliflə müqayisədə daha çox artması səbəbindən “Brent” markalı neftin ortaillik qiyməti 100 dollar olacaq. 


Sfera.az xatırladır ki, bank bundan öncə verdiyi proqnozda ortaillik qiymətin 93 dollar olacağını bildirmişdi. 


Neft qiymətləri son 2 ayda xeyli yüksəlib. “Brent” neftinin dəyəri 73-74 dollardan 95 dollara qədər artıb. Qiymətlərin yüksəlməsi Səudiyyə Ərəbistanı və Rusiyanın hasilatı azaltması ilə izah olunur. 


Hasilatın azaldılması ilə yanaşı ABŞ və Çində gözlənildiyinin əksinə olaraq neftə tələbdə azalma baş verməyib. Buna görə də bankın ekspertləri “Brent” neftinin qiymətinin 105 dollara qədər yüksələcəyini, ortaillik qiymətin isə 100 dollar səviyyəsində formalaşacağını proqnozlaşdırır. 


Vasif


OXŞAR XƏBƏRLƏR