Avropa Parlamenti terrorçuların tərəfindədir? - AÇIQLAMA

Avropa Parlamenti terrorçuların tərəfindədir? - AÇIQLAMA

"Bu məntiqsiz çağırışdır. Azərbaycan ərazisini qorumaq və terror birliklərini zərərsizləşdirməyə çalışır. O zaman belə çıxır ki, Avropa Parlamenti terrorçuların tərəfindədir?"

 

Bu fikirləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməsi barədə çağırışını şərh edərkən bildirib.

 

Millət vəkili bunu absurd hesab edir:

 

Azerbaijani parliamentarian gunned down outside his home

 

"Əgər terrorçuları dəstəkləyirlərsə, prinsiplərini müəyyən etməlidirlər. Azərbaycan onların qərarına görə addım atmır. İstənilən halda Azərbaycan müstəqil siyasət aparır. Avropa Birliyinin istəyini nəzərə alsaydıq, biz ərazilərimizi işğaldan azad etməzdik. Çağırışların reallaşacağını zənn etmirəm çünki bu onlar üçün böyük problem yaradacaq. Azərbaycan ərazi bütövlüyündən vaz keçməyəcək. Fransa da Təhlükəsizlik Şurasının iclasını çağırmağı təklif edib. Çağırıb nəyi müzakirə edəcəklər? Niyə Azərbaycan torpaqlarını azad edir? Niyə terrorçuları zərərsizləşdiririk? Bəs minaya düşən azərbaycanlılarla bağlı niyə qərar verilmir? Mülki şəxslərin şəhid olmasına niyə göz yumulur? Biz Ermənistan ərazisində tədbir görmürük. Biz prinsipial mövqeyimizi davam etdirib torpaqlarımıza sahib çıxmalıyıq. Bu məsələdə güzəşt ola bilməz".


OXŞAR XƏBƏRLƏR