“İnternetlə bağlı problem yoxdur, VPN yükləməyin...” - AÇIQLAMA

“İnternetlə bağlı problem yoxdur, VPN yükləməyin...” - AÇIQLAMA

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından sonra internetə məhdudiyyətlər qoyulacağına dair iddialar intensivləşib. Bu da əksəriyyətin yenidən “VPN”lərə müraciətinə səbəb olub.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən texnobloqer Fərid Pərdəşünas deyib ki, hazırda ölkə ərazisində internetin verilməsində heç bir problem yoxdur.

 

“Məhdudiyyətlə bağlı hər hansı qərar yoxdur. Panikaya qapılıb, "VPN"ləri yükləməklə məlumatlarınızı riskə atmayın”, deyə mütəxəssis əlavə edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR