\"Ermənilərin hərbi məqsədlə istifadə etdikləri \"Karabakh Telecom\"un baza stansiyaları vurulmalıdır\" - Osman Gündüz

\

Starlink peykindən hərbi məqsədlər üçün istifadənin qarşısını almaq məqsədilə İlon Mask Krım üzərində peyklərini deaktiv etmişdi.Buna görə hələ də onun başı qalmaqaldadır, hətta ABŞ senatı indi də bunu müzakirə edir.

 

Amma Vətən müharibəsində, "Artsax"-da 20 il qanunsuz fəaliyyət göstərən "Karabakh Telecom" dan hərbi məqsədlər üçün açıq-aşkar istifadə edilirdi.Hətta bunu tam reallaşdırmaq üçün o zaman Arutunyan bu mobil operatoru tam olaraq sahiblərinin əlindən zorla almış və özəlləşdirmişdi.

 

İndi sual olunur ki, antiterror əməliyyatları çərçivəsində "Karabakh Telecom"un baza stansiyaları vurula bilərmi?


Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu infrastrukturdan hərbi məqsədlə istifadənin indiki anda qarşısının alınması dərhal icra edilməli bir məsələdir:

 

“Düşünürəm ki, qeyri-qanuni silahlı qruplaşmalar bu mobil rabitə və internet infrastrukturundan qeyri-mülki məqsədlər üçün, hərbi və diversiya məqsədləri üçün açıq-aşkar istifadə etdiklərinə və ümumiyyətlə bu operator beynəlxalq normalara zidd fəaliyyət göstərdiyinə görə onun fəaliyyəti məhdudlaşdırıla bilər və bu, doğru olardı.

 

Fikrimcə, bu mobil operatorun həm baza stansiyalarının sıradan çıxarılması, yaxud da radioelektron vasitələrlə bu infrastrukturdan hərbi məqsədlə istifadənin indiki anda qarşısının alınması nəinki məntiqli olardı, hətta bu çox vacib və dərhal icra edilməli bir məsələdir.

 

Ümid edirəm və inanıram ki, MN, DTX və digər təhlükəsizlik qurumları da bunun fərqindədir”.


Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...

“İranın nüvə silahı olmayacaq” - Netanyahu

“Biz İranın nüvə layihəsini ləğv etmişik və əgər kimsə onu canlandırmaq istəsə, biz də bu cür cəhdin qarşısını almaq üçün eyni qətiyyət və güclə hərəkət e...

Rusiyada dollar və avro BAHALAŞDI

Rusiya Mərkəzi Bankının (RMB) rəhbərliyi ölkədə dollar və avronun rəsmi məzənnələrini qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə RBM-in saytında ...

İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürüldü

İsrailin İrana endirdiyi zərbələr nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &...

16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi

Abşeron rayonunun Aşağı Güzdək qəsəbə məscidində imam müavini vəzifəsində çalışan Turab Əliqan oğlu Tahirov tutduğu vəzifədən azad olunub.   Sfera.az...

12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?

İran 12 günlük münaqişə nəticəsində İsrailə 550-yə yaxın raket və 1000-dən çox pilotsuz uçuş aparatı atıb.   Sfera.az xəbər verir ki, bunu İsrail Baş...