"Kiyev bununla bağlı hələ heç bir sənəd təqdim edə bilməyib" - İran Ukraynanı İTTİHAM ETDİ
Siyasət
13:59 / 19.09.2023
9223
İran Rusiya ilə Ukrayna arasında vasitəçi olmaq istəyir.
Sfera.az bildirir ki, bunu İran Prezidenti İbrahim Rəisi Nyu Yorkda jurnalistlərə açıqlamasında deyib.
O, ölkəsinin vasitəçiliyə hazır olduğunu vurğulayıb. Rəisi həmçinin əlavə edib ki, ABŞ silah satışını dayandırmaqla münaqişənin bitməsinə çalışmalıdır.
“Ukrayna münaqişəsində Rusiyaya silah satışı ilə bağlı Tehrana qarşı ittihamlar var. İran bununla bağlı mötəbər sübutları qəbul etməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, Ukrayna hələlik heç bir sənəd təqdim etməyib. Qərb siyasətçiləri dəfələrlə İranın Rusiyaya pilotsuz təyyarələr verdiyini irəli sürüblər. Lakin Moskva və Tehran bu cür ittihamları rədd ediblər”, - ölkə başçısı bildirib.
Günay