MN: \"Əməliyyatlar barədə sülhməramlıların komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb\"

MN: \

Qarabağdakı antiterror əməliyyatları barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.

 

Bu barədə Sfera.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

 

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

 

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.


OXŞAR XƏBƏRLƏR

"Roma"nın futbolçusu klubdan AYRILACAQ

İtaliya təmsilçisi "Roma"nın futbolçusu Leonardo Spinatsola klubdan ayrılacaq.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı m...

COP29 prezidenti iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər KEÇİRDİ

Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev iqlim həftəsi çərçivəsində Londonda bir sıra görüşlər keçirib.   Sfera.az xəb...

100-dən aşağı bal toplayan abituriyentlərin çoxu bu rayonlardadır

2023-cü ildə abituriyentlərin 20 faizindən çoxunun 100-dən aşağı bal topladığı bölgələr açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə “Abitur...

Azərbaycanda yeni DƏLƏDUZLUQ ÜSULU: "Soliton"un adı ilə... - XƏBƏRDARLIQ!

Son zamanlar dələduzluq faktları artır. Artıq fırıldaqçılar "fəaliyyətləri"nə süni intellekti də alət ediblər. Belə ki, dələduzlar süni...

Çadın gənclər və idman naziri Milli Gimnastika Arenası ilə tanış oldu - FOTO

Çadın gənclər və idman naziri Abakar Cermah Aumi Azərbaycana rəsmi səfəri zamanı Milli Gimnastika Arenasına baş çəkib.   Sfera.az xəbər verir ki, Çad...

"Cavab tədbirləri görəcəyik!" - ABŞ səfiri Rusiya XİN-ə ÇAĞIRILDI

ABŞ-nin Moskvadakı səfiri Lin Treysi bazar ertəsi Sevastopolda baş vermiş hücumla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az bu b...