Lavrovla Zelenski bu gün üz-üzə gələcəklər: “Necə olacağını bilmirəm...”

Lavrovla Zelenski bu gün üz-üzə gələcəklər: “Necə olacağını bilmirəm...”

Bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası öz işinə başlayıb. Ukrayna lideri Zelenski də sözügedən tədbirlərdə iştirak edəcək.

 

Qurumun veto hüququna malik daimi üzvü olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da iclasa qatılacağı gözlənilir. Bu baxımdan onların üz-üzə gəlib-gəlməyəcəyi maraqla gözlənilir.

 

Sfera.az bildirir ki,  Zelenski ABŞ-yə səfəri öncəsi jurnalistlərin suallarını cavablandırıb və Rusiyanın BMT-dəki mövcudluğu ilə bağlı sərt tənqidlər səsləndirib: “Çox təəssüf...BMT-də hələ də rus terrorçularına yer qalıbsa, bu artıq mənim üçün sual deyil. Düşünürəm ki, bu, təşkilatın bütün üzvlərinə verilməli olan sualdır”.

 

Jurnalistlərin “Lavrov çıxış edərkən orada qalacaqsınızmı” sualına cavab verən Ukrayna lideri “Həqiqətən, necə olacağını bilmirəm” deyib.

 

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Lavrov ötən il BMT Təhlükəsizlik Şurasında Ukrayna prezidenti Zelenskiyə qarşı sərt ifadələr işlətmişdi. Ukrayna təmsilçiləri isə Lavrovun istifadə etdiyi jarqonun qəbuledilməz olduğunu bildirərək Rusiyaya reaksiya vermişdi.

 

Qeyd edək ki, BMT-nin tədbirləri 19-25 sentyabr tarixlərində baş tutacaq.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Hollivud ulduzlarının niyə qırmızı xalçada pariklərdən daha çox istifadə edirlər?

57 yaşlı avstraliyalı Oskarlı aktrisa Nikol Kidman Kann Film Festivalında qısa saç düzümü ilə göründükdən sonra çoxları bal rəngli uzun saçları ilə tanınan uldu...

Kokainə qarşı peyvənd icad edilib: Mükəmməl işləyir

Alimlər kokainin beyinə daxil olmasının qarşısını almaq üçün hazırlanmış eksperimental peyvəndi sınaqdan keçiriblər. Dərman asılılığı olan insanlara narkotikdən...

Uçuş bələdçilərinin niyə qırmızı dodaq boyası istifadə edir?

Təyyarəyə mindiyiniz zaman sizi təbəssümlə qarşılayan stüardessaların demək olar ki, hamısının qırmızı dodaq boyası vurduğunu yəqin ki, fərq etmisiniz. Siz hətt...

Saxta hava limanını 242 milyon dollara satan adam KİMDİR?

Bu gün dələduzluq etmək çətin olsa da, 90-cı illər tamam başqa idi. Həmin vaxt Emmanuel Nvude adlı şəxs saxta hava limanı hekayəsi ilə Braziliyanın böyük bankla...

Netanyahudan gözlənilməz çıxış: Atəşkəsə hazırıq!

İsrail girovlarla bağlı razılaşmanın bir hissəsi kimi Qəzza zolağında müvəqqəti atəşkəsi qəbul etməyə hazır olacaq.   Sfera.az xəbər verir ki, bunu İ...

"Qayınanadan ayrı yaşamaq gözəldir" - Sevda Yahyayeva

"Qayınanam evdar xanımdır. Çox gözəl xasiyyəti var. Oğlunu çox sevir və onun xoşbəxtliyinə də sevinir".   Sfera.az xəbər verir ki, bu ...