“Azerçay” “Təhsil evdən başlayır” layihəsinə dəstək verdi - FOTOLAR

“Azerçay” “Təhsil evdən başlayır” layihəsinə dəstək verdi - FOTOLAR

Doğma marka "Azerçay", Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi ilə kənd uşaqlarının təhsili üçün səfərbər olub.

 

“Təhsil evdən başlayır" layihəsi ilk olaraq Astaranın Diqo kəndində  həyata keçirilib.  Bu, Diqo kəndinin tarixində bir ilk olub. Tədbirdə valideynlərin maarifləndirilməsi məqsədilə təlim proqramı, uşaqların əylənməsi üçün şou-proqram da keçirilib.

 

Böyük sevincin müşayiət etdiyi tədbirdə iştirak edən ucqar kənd sakinlərinə "Azerçay" markasına məxsus məhsullarla yanaşı, uşaqlara məktəbli çantası, məktəb ləvazimatları, oyuncaqlar və şirniyyatdan ibarət hədiyyə paketləri təqdim olunub.

 

Tədbir zamanı "Təhsilə dəstək, həyata dəstəkdir" şüarı ilə uşaqların sağlam qidalanması və sağlam düşünməsini,  təhsilin rolunu, bu prosesdə valideynlərin dəstəyinin əhəmiyyətini vurğulayan çıxışlar edilib, viktorina və oyunlar keçirilib.

 

Qeyd edək ki, “Azerçay” bu kimi sosial layihələri ənənsinə sadiq qalaraq dəstəkləyəcək.


OXŞAR XƏBƏRLƏR

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...

Ramzan Kadırov oğlunun toyuna gələn tanınmış şəxslərin adlarını AÇIQLADI

Çeçenistanın başçısı Ramzan Kadırovun 17 yaşlı oğlu Adamın Qroznıdakı toy mərasiminə İran, BƏƏ, Türkiyə və Qazaxıstanın səfirləri və digər qonaqlar, o cümlədən ...

İTV-dən Kənan MM-in iddialarına CAVAB

İctimai Televiziya (İTV) bir neçə aktyorun, xüsusən də rejissor Kənan Mahmudovun bu kanal barədə səsləndirdiyi iddialara cavab verib.   Sfera.az ...

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - VİDEO

Rusiyada yaşayan azərbaycanlıların hüquqları ayaqlar altına atılır, onlara qarşı qeyri-insani davranış göstərilir.   Sfera.az xəbər verir ki, bu barə...