Acı xəbər gəldi - Bakı yolunda ÖLƏNLƏR VAR
![Acı xəbər gəldi - Bakı yolunda ÖLƏNLƏR VAR](https://sfera.az/photo/orginal/2023/09/17/1694935386_1694927859-750-450.jpg)
Hadisə
11:22 / 17.09.2023
5146
Sfera.az xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, Hacıqabul rayonunda baş verən yol qəzasında iki nəfər ölüb.
Hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.