\"Qarabağ\"ın sabiq qapıçısı \"Çelsi\"nin transfer siyasətini tənqid etdi

\

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərənin "Çelsi" klubunun transfer siyasətini tənqid edib.

 

Sfera.az xəbər verir ki, hazırda İngiltərə Çempionşipində QPR-in formasını geyinən 36 yaşlı qolkiper London təmsilçisinin bir neçə oyunçusunu tanımadığını bildirib.

 

Bosniya və Herseqovinadan olan oyunçu bəzi keçidlərin ona qəribə gəldiyini söyləyib: "Əgər siz Moyses Kaysedo üçün 115 milyon xərcləyirsinizsə, şübhəsiz, Deklan Rays (Arsenal) üçün 120 milyon ödəyə bilərsiniz. Deklanı şəxsən tanımıram, onun "topçular"da oynamaq istəmədiyini də demirəm. Amma məncə, o, "Çelsi"yə də getmək istəyərdi. Onu komandadakı yeni transferlərdən üstün tuturam".

 

"Çelsi" yay transfer dönəmində oyunçu transferlərinə 464 milyon avro xərcləyib və dünyada bu göstəriciyə görə liderdir. "Zadəganlar" Premyer Liqada 4 turdan sonra 4 xalla 12-ci pillədə qərarlaşıb.

 

Qeyd edək ki, 2015-2017-ci illərdə "Çelsi"nin uğurları üçün çalışan Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirib.


OXŞAR XƏBƏRLƏR

Ceniffer və Ben Afflek boşanma şayiələri arasında birlikdə görüntüləndi 

Müğənni Cennifer Lopez və Ben Afflek boşanma xəbərləri arasında birlikdə görüntüləniblər. Məşhurlar bazar günü Kaliforniyanın Brentvud şəhərində keçirilən ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Xəbər verdiyimiz kimi, mayın 19-u 24 yaşlı İsmayıl İsmayılov Göyçayda ağacdan alça yığarkən ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elek...

Oğrunu cəzalandırmaq üçün 380 min dollarlıq avtomobilini məhv etdi - VİDEO

64 yaşlı milyonçu “Rolex” saatını oğurlamış oğrunu San-Paulu (Braziliya) küçələrində qovalayıb.  Qaçdı-tutdu zamanı kişi 300.000 funt-sterlinq ...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Elazığın Sivrice vilayətində 4 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdar...

Çin BMT-də ABŞ-ə qarşı sərt mövqe sərgilədi

Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Qenq Şuanq bildirib ki, Birləşmiş Ştatlar öz geosiyasi strategiyasını inkişaf etdirmək üçün Ukray...

İbrahim Rəisinin meyiti bu üzükdən tanınıb - VİDEO

Helikopter qəzasında həlak olan İbrahim Rəisinin meyiti barmağındakı üzükdən tanınıb.   Sfera.az xəbər verir ki, bununla bağlı İSNA üzüyün qəza ...