Dəhşətli qəza törədən bloger "Nikosayağı" ilə bağlı AÇIQLAMA

Dəhşətli qəza törədən bloger

“Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli xəstəxanadan evə buraxılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə teleqraf.com-a blogerin atası, nevropatoloq Nafiz Mütəllimov bildirib.

 

"Oğlum dünən xəstəxanadan evə buraxılıb. Bir az qolunda ağrı var. Əvvəlkinə nisbətən səhhəti yaxşıdır", - o deyib.

 

Qeyd edək ki, Nicat Şakirli bir müddət əvvəl avtomobil qəzası keçirib. Qəzada onun dostu Ruslan Məmmədov vəfat edib.


OXŞAR XƏBƏRLƏR