Su polisindən əməliyyat: Saxlanılanlar var - VİDEO

Su polisindən əməliyyat: Saxlanılanlar var - VİDEO

Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.

 

Sfera.az xəbər verir ki, İdarəyə xidməti ərazi olan Şirvan Milli Parkında naməlum şəxslərin ölkəyə satış məqsədilə göndərilən narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub.

 

Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Bir müddətdən sonra əvvəlcədən təyin edilən kordinatın yerini xüsusi texniki avadanlıqla müəyyən edərək həmin ünvana yaxınlaşan naməlum şəxslər narkotik vasitələri əldə edib uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanıblar.

 

Araşdırmalar zamanı onların əvvəllər məhkum olunmuş Akif Şahbazov, Bəhram Səlimov, Elnur İmanov və Həsənqulu Axundov olduğu müəyyən edilib.

 

Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən 10 kiloqrama yaxın, o cümlədən 5 kiloqram 93 qram tiryək, 4 kilopqram 625 qram marixuana və 5 min ədəd psixotrop tərkibli “Metadon” həbi aşkar olunub. Saxlanılan şəxslər təkzibedilməz faktlar qarşısında törətdikləri cinayəti etiraf ediblər.

 

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

 

Qeyd edək ki, balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bioloji Müxtəlifliyin Qorunması Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə xidməti ərazilər olan Dövlət Qoruqları, Milli Parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşlara müraciət edərək bildirir ki, ov zamanı kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır.

 

Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər müvafiq “ASAN xidmət” mərkəzinə müraciət edərək icazə sənədini əldə edə bilərlər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə saxlanılan şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən İnzibati Xətalar və Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər. Su Polisləri tərəfindən həmçinin Xəzər dənizi və digər su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların ovlanmasının qarşısını almaq məqsədilə nəzarət tədbirləri sahil boyu bütün ərazilərdə davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.

 

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

 


OXŞAR XƏBƏRLƏR

Mədəniyyət Nazirliyi partlayışla bağlı məlumat yaydı

2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbar...

İran Avropaya çağırış etdi: “İsrailin təcavüzünə qarşı ədalətli mövqe sərgiləyin”

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa ölkələrini İsrailin bölgədəki təcavüzkar davranışlarına qarşı məsuliyyətli və ədalətli mövqe nümayiş etdirməyə ça...

Bakıda güclü partlayış oldu - VİDEO/YENİLƏNDİ

Müdafiə Sənayesi Nazirliyinin "Alov" zavodunda partlayış baş verib   Sfera.az xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəs...

Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verildi

Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyev bundan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) funksioner kimi fəaliyyət göstərəc...

DİN: Yasamalda baş vermiş partlayışda xəsarət alan yoxdur

Yasamal rayonunda yerləşən kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışda yaralanan olmayıb.   Bu barədə Sfera.az-a Daxili İşl...

Partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib - RƏSMİ

Bakıda partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.  ...