“Separatçıların “Karabakh Telecom” şirkəti bağlanmalı, əvəzində isə...” – Osman Gündüz

“Separatçıların “Karabakh Telecom” şirkəti bağlanmalı, əvəzində isə...” – Osman Gündüz

“Qondarma “Dağlıq Qarabağ respublikası”nın mobil rabitəsi və internet təchizatı olan “Karabakh Telecom” şirkəti hələ də fəaliyyətini davam etdirir”.

 

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Onun sözlərinə görə, rabitə kanalları Ermənistan üzərindəndir:

 

“Şirkətin geniş baza stansiyaları və xidmət mərkəzləri infrastrukturu var. Müharibədən sonra infrastrukturu yenidən bərpa ediblər. Tariflərini şirkət deyil, separatçı rejim özü müəyyən edir. İkinci Qarabağ  savaşında Arutunyan bu şirkəti Livanlı sahiblərindən zorla ələ keçirib özəlləşdirmişdi. Hazırda ərazimizdə qanunsuz fəaliyyət göstərən bu şirkətin kimə məxsus olması haqqında məlumat yoxdur. Güman ki, “Karabakh Telecom”u indi də separatçıların yeni "prezidenti" Şahramanyan ələ keçirər”.

 

Ekspert bildirib ki, bu kommunikasiya da  Azərbaycan qanunlarına tabe etdirilməlidir:

 

“Ermənistandan gələn magistral rabitə və internet kanallarını bağlamaq və Ağdam istiqamətindən Xankəndinə yeni magistral xətlər çəkmək doğru olardı. Yəni Ağdam -Xankəndi yolunun açılması ilə yanaşı, rabitə və kommunikasiyanın da Azərbaycan operatorları üzərindən qurulması təmin edilməlidir. İnteqrasiyanı ərzaqdan deyil, rabitədən və internetdən başlamaq məntiqlidir. Bircə gün rabitəsiz və internetsiz qalmaq oradakı ermənilərin qanunlarımıza tabe olması və inteqrasiyası istiqamətində işləri xeyli sürətləndirəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...