Oktyabrda daha çox atəşkəs pozulub

Oktyabrda daha çox atəşkəs pozulub

 

 

Oktyabrda erməni silahlı bölmələri atəşkəs rejimini 599 dəfə pozub.

 

Sfera.az xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

 

Ötən ay cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

 

Oktyabr erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl və Ağstafa rayonlarında yerləşən mövqelərini atəşə tutub.

 

Oktyabrda Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizə yaxınlaşmaqla təxribat törətməyə cəhd göstəriblər. Düşmən tərəfinin fəaliyyəti əvvəlcədən aşkar edilərək ona qarşı qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib. Eyni zamanda, qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.

 

Qeyd edək ki, sentyabr ayında atəşkəs 460 dəfə pozulub.


OXŞAR XƏBƏRLƏR