Hərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Hərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı cinayət işi açıldı

Hərbi qulluqçumuzun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

 

Sfera.az xəbər verir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Eminov Xəyyam Mahal oğlunun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

 

Daxil olmuş məlumat əsasında  Ağdam hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınmış, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə təxirəsalınmaz ilkin prosessual yoxlama hərəkətləri icra edilib.

 

Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

 

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin olunacaq.
 


OXŞAR XƏBƏRLƏR

Simonyan: "Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələ sülh müqaviləsi layihəsinə daxil edilməyib"

Azərbaycanda saxlanılan ermənilərlə bağlı məsələ İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsində yer almayıb.   Sfera.az Ermənistan KİV-ə istinadə...

Borrell və Araqçi yaxın gələcəkdə GÖRÜŞƏCƏK

Borrell və Araqçi yaxın gələcəkdə görüşəcək. Sfera.az xəbər verir ki, bu barədə İran XİN sözçüsü Naser Kənani bugünkü brifinqdə bildirib. ...

Rusiya Çinlə hərbi təlimlərə QATILACAQ

Rusiya ordusu sentyabrda Çinin keçirdiyi təlimlərə qatılacaq.   Sfera.az Report-a istinadən xəbər verir ki, bu barədə “Xinhua“ məlum...

Simonyan Ermənistanın KTMT-dən çıxacağını İSTİSNA ETMƏDİ

"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyini istisna etmirəm".   Sfera.az-ın “Sputnik-Armenia&...

Hansı hərbçilərin ipoteka kreditlərinə dövlət maliyyə dəstəyi verəcək və proses necə icra ediləcək? - İZAH

Azərbaycan Prezidenti “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı tə...

Tatarıstan Prezidenti: "Cəbrayıl, Qubadlı və Zəngilanın inkişaf tempinəheyran qaldım"

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev Tatarıstan Prezidenti Rüstəm Minnixanovla görü...