“Ermənistan Qarabağda kütləvi şəkildə yeni minalar döşəyir” - MN
![“Ermənistan Qarabağda kütləvi şəkildə yeni minalar döşəyir” - MN](https://sfera.az/photo/orginal/2023/09/10/1694351152_1658852480_mina-768x403.jpg)
17:04 / 10.09.2023
4810
Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəyir.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, son dövrlərdə Qarabağ iqtisadi rayonundakı Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin ərazilərimizə kütləvi şəkildə yeni minalar döşəməsi, bununla da Azərbaycana qarşı mina terroru siyasətini davam etdirməsi müşahidə edilməkdədir.