DYP-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

DYP-dən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi​ küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə, eləcə də bütün hərəkət iştirakçılarına müraciət edib.

 

Sfera.az xəbər verir ki, İdarədən verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədi ilə hərəkət iştirakçılarına müraciət edərək, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi formada riayət etməyi xahiş edir.

 

"Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələrini sürüşmə, uçma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

 

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin, həmçinin 2 təkərli bütün növ nəqliyyat vasitələrini idarə edənlərin isə dahada məsuliyyətli olmalarını, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamamağı, daşıdıqları yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməsini, piyadalara qarşı isə yolu keçərkən sürücülər tərəfindən diqqəti artırmağı xahiş edirik!", - İdarədən bildirilib.

 

 


OXŞAR XƏBƏRLƏR

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...

Rusiya daha 1000 əsgərin cənazəsini verib

Rusiyadan Ukraynaya əsgər cənazələrinin təhvil verilməsi davam edir. Rusiya Prezidenti Vladimir Putinin müşaviri və İstanbulda keçirilən birbaşa danışıqlarda Ru...

Sibiqa yenidən xarici işlər naziri olacaq

Ukrayna Ali Radası Andrey Sibiqanın xarici işlər naziri vəzifəsinə yenidən namizədliyini təsdiqləyib.   Sfera.az “Report”a istinadən xəbə...

İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq probl...

Bakı şəhər prokuroru: "Paytaxtda adam oğurluğu artıb"

"Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ilin birinci ...