Yevlax səmalarında güclü partlayış -  SƏBƏB bilindi / RƏSMİ

Yevlax səmalarında güclü partlayış -  SƏBƏB bilindi / RƏSMİ

Ötən gecə Yevlax səmasında güclü partlayış olub.

 

Sfera.az xəbər verir ki, sosial şəbəkələrdə bu barədə çoxsaylı məlumat yayılıb. İstifadəçilər partlayışdan sonra Yevlax rayonunun böyük bir qismində elektrik enerjisi verilişinin dayandırıldığını, rayonun qaranlığa qərq olduğunu yazıblar. Bundan əlavə, bəzi istifadəçilər isə Yevlaxa raket atıldığı, Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin onu səmada vurduğunu iddia ediblər.

 

Səhər saatlarında verilən məlumatdan aydın olub ki, partlayış gecə saatlarında elektrik enerjisi naqillərini ildırım vurması nəticəsində baş verib.

 

Bununla bağlı yayılan rəsmi məlumata əsasən gecə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində Yevlaxı elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib.

 

Rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında “Yevlax Elektrik Şəbəkə”-nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir(APA).

 

 


OXŞAR XƏBƏRLƏR

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...