Göygölə dolu yağıb - FAKTİKİ HAVA

Göygölə dolu yağıb - FAKTİKİ HAVA

Senytabrın 9-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, bəzi yerlərində yağıntılar intensiv və güclü olub.

 

Düşən yağıntının miqdarı: Oğuzda 49 mm(aylıq normanın 66 %-i), Qəbələdə 41 mm(aylıq normanın 35 %-i), Qaxda 35 mm(aylıq normanın 41 %-i), Şəkidə 28 mm(aylıq normanın 41 %-i), Göygöldə 27 mm(aylıq normanın 59 %-i),Yevlaxda 25 mm(aylıq normanın 111 %-i),Tərtərdə 23 mm(aylıq normanın 92 %-i), Zaqatalada 21 mm(aylıq normanın 25 %-i), Şahdağda 15 mm, Xaçmaz, Ağdam, Balakən, Xaltan, Naftalanda 14 mm, Daşkəsəndə 13 mm, Göyçay, Göytəpə, Gəncə, Gədəbəydə 12 mm, Xınalıq, Qrızda 11 mm, Qusar, Astarada 10 mm, Mingəçevirdə 9 mm(aylıq normanın 36 %-i), Şabran, Qobustan, Yardımlı, Tovuz, Ağstafa, Quba, Ağsu, Şəmkir, Ceyrançöl, İsmayıllı, Lənkəran, Zərdab, Altıağac, Şamaxı, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Lerikdə 8 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 10 mm(aylıq normanın 56 %-i)-dək olub.

 

Külək: Sentyabrın 08-də şimal-qərb küləyi arabir Goranboy, Naftalanda 18 m/s-dək güclənib.

 

Dolu: Sentyabrın 08-də 18:00 radələrində Göygöl rayonu ərazisinə diametri 8 mm olan dolu düşüb.

 

Sel: Yağan leysan xarakterli intensiv yağışlar nəticəsində sentyabrın 9-da Qəbələ rayonu ərazisindən keçən Dəmiraparançaydan, Şəki rayonu ərazisindən keçən Damarçın çaydan, Çuxadurmaz, Kişçayından, Zaqatala rayonu ərazisindən keçən Talaçaydan, Samux rayonu ərazisindən axan Qabırrı çaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçay çayından sel keçib.


OXŞAR XƏBƏRLƏR

PA rəhbəri Humeyd Obeyd Abuşibslə görüşdü - FOTO

İyulun 17-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hesablama Qurumunun sədri Humeyd O...

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...