Müdafiə Nazirliyi məlumat yaydı: Şuşa istiqamətində...

Müdafiə Nazirliyi məlumat yaydı: Şuşa istiqamətində...

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

 

Bu barədə Sfera.az-A Müdafiə Nazirliyindən bildirilib.

 

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

 


OXŞAR XƏBƏRLƏR